Avrora şirkəti aydınlıq gətirdi: polisə müraciət ediləcəkbackend

Avrora şirkəti aydınlıq gətirdi: polisə müraciət ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Milli Şura sədri, professor Cəmil Həsənlinin qızının gizli intim video çəkilişində iştirak edən “naməlum” şəxsin kimliyi ilə bağlı ölkə mediasında müxtəlif fikirlər səslənməkdədir.

NOCOMMENT.az TimeTV-yə istinadən xəbər verir ki, sözügedən videoda adı keçən şəxs əslən Naxçıvanın Ordubad rayonundan olan Mahir Cavadovdur.

Məlumatda həmçinin bildirilir ki, M.Cavadov uzun illər ölkənin ən iri idxal və dağıtım, eyni zamanda istehsal sahələri ilə tanınan Avrora şirkətində çalışıb. Orada da işlədiyi zaman belə işlərlə məşğul olaraq bir çox xanımları şantaj edirmiş.

NOCOMMENT.az olaraq qeyd olunanları dəqiqləşdirmək üçün Avrora şirkəti ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışdıq.

Şirkətdən sorğumuza bildirdilər ki; “Time tv-də Avrora Qrup haqqında paylaşılan yazı əsassız və qərəzlidir. Sosial şəbəkə səhifəsində paylaşılan yazıda Mahir Cavadov adlı şəxsin Avrora Qrupda çalışdığı qeyd olunub. Lakin şirkət arxivinə və dövlət portalında (e-gov.az) axtarış edən zaman bu şəxsin heç bir zaman Avrora Qrupda çalışmadığı məlum olub. Yazıda qeyd olunan şəxsin şirkət əməkdaşlarını şantaj etməsi də əsassızdır”.

“Bu tip yanlış məlumatlar ölkə iqtisadiyyatına öz töhvəsini vermiş və aparıcı qida istehsalçısına çevrilmiş Avrora Qrupun imicinə zərər vermək məqsədi daşıyır. Bununla bağlı şirkət öz hüquqlarının qorunması üçün müvafiq hüquq mühafizə orqanlarına müraciət ünvanlayacaq”, – deyə şirkətdən qeyd ediblər.

NOCOMMENT.az