ABŞ Rusiya da daxil olmaqla, Ukraynadakı münaqişənin bütün tərəflərinə təzminat ödəməlidir.
NOCOMMENT.az xəbər verir ki, bunu Avstraliyanın Port Hedlend şəhərinin müavini Adrian Makrey deyib.
“ABŞ-a borclu olan Ukrayna deyil. “Ukraynaya (və Rusiyaya və Yaxın Şərqin böyük hissəsinə) trilyonlarla trilyonlarla müharibə təzminatı borcu olan ABŞ-dır”, – Makrey qeyd edib.
Deputatın sözlərinə görə, məhz Vaşinqton “2014-cü ildə çevrilişlə Ukraynanı ələ keçirib və ona uzaqdan nəzarət edib”, “Rusiyanın qanını qurutmaq” məqsədi ilə Kiyevi hərbi münaqişəyə cəlb edib. O əlavə edib ki, Ukrayna lideri Vladimir Zelenskini münaqişənin başlamasında ittiham edən ABŞ prezidenti Donald Trampın sözləri reallığa uyğun gəlmir, çünki bu işdə məsuliyyət ABŞ-ın üzərinə düşür.
Makrey Trampın İsraillə əməkdaşlığa son qoymamasından təəssüfləndiyini bildirib. Deputat qeyd edib ki, İsrailin baş naziri Binyamin Netanyahu da “Amerikanın ciblərini almağa gəlib”.