Avstraliyanın xarici işlər naziri Penni Vonq İsveç və Danimarkada Qurani-Kərimin yandırılmasını pislədiklərini bildirib.
NOCOMMENT.az xəbər verir ki, nazir bu barədə tviterdə yazıb.
“Avstraliya, Danimarka və İsveçdə Qurani-Kərimin yandırılmasını pisləyir”.
Avstraliyanın “qərəz və nifrətə” qarşı olduğunu bildirən Vonq “Din azadlığının əsas insan haqqıdır”, – fikrini paylaşıb.
Vonq həmçinin İraqdakı “zorakı” etirazlarla bağlı narahatlığını ifadə edib və “zorakılığa və parçalanmaya qarşı birlikdə dayanmaq” , – mesajını verib.
Xatırladaq ki, öncə İsveçdə İran səfirliyinin önündə, daha sonra isə İran və İraqın Kopenhagen səfirlikləri qarşısında Quranı yandırıblar.