Avstraliya İtaliya şirkətindən ağıllı dəniz minalarını alacaqbackend

Avstraliya İtaliya şirkətindən ağıllı dəniz minalarını alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya Müdafiə Nazirliyi Almaniyanın çoxmillətli müdafiə sənayesi şirkəti “Rheinmetall”ın İtaliyadakı törəməsi olan RWM Italia ilə ölkəyə ağıllı dəniz minalarının idxalı və bu minaların istehsalı üçün materialların və texnologiyanın ölkədə tədarükü ilə bağlı razılığa gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda, şirkət Avstraliyaya ağıllı dəniz minalarının istehsalı üçün material və təcrübə təqdim edəcək, həmçinin elektron və müntəzəm texniki xidmət dəstəyi göstərəcək.

Qeyd edək ki, Avstraliya hökuməti uzun mənzilli müdafiə qabiliyyətini artırmaq üçün ABŞ-dan 1,3 milyard dollar dəyərində “Tomaqavk” qanadlı raketləri alacağını açıqlamışdır.

NOCOMMENT.AZ