Avstraliya polisi daşındığı gəmi xarab olduqdan sonra təxminən 500 milyon dollar dəyərində kokain yükünü müsadirə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İndependent məlumat yayıb.
KİV-in məlumatına görə, yük Cənubi Amerika ölkələrindən birindən göndərilib. Gəmi tranzitdə olarkən mexaniki problemlə üzləşib və dənizdə təxminən 18 kilometr aralıda dayanaraq səlahiyyətlilərin diqqətini çəkib.
Avstraliya Federal Polisi (AFP), Kvinslend Polisi və Sərhəd Qüvvələri ilə birlikdə gəmini izləyib və axtarış aparıb. İçərisində hər birində 40 kq kokain olan 51 çanta tapılıb.
Bu hadisə Avstraliya tarixindəki ən böyük narkotik əməliyyatı olub. Nəticədə, hər iki ekipaj üzvləri və sahildə şərik olduqları ehtimal edilən 11 kişi və iki azyaşlı saxlanılıb.