Avstraliyada itən sörfçü köpək balığının hücumu nəticəsində ölmüş ola bilərbackend

Avstraliyada itən sörfçü köpək balığının hücumu nəticəsində ölmüş ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın cənubundakı Eyre yarımadasındakı “Walkers Rock Beach”də yoxa çıxan 46 yaşlı sörfçü Simon Baccanellonun köpək balığının hücumu nəticəsində ölmüş ola biləcəyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Rəsmilər tapılan sörf taxtasında köpək balığı dişlərinin izlərinin olduğunu bildirib.

Polis orqanı tərəfindən verilən açıqlamada, “”Walkers Rock Beach”də köpək balığının hücumu nəticəsində bir nəfərin öldüyü düşünülür” ifadələri yer alıb.

Sübutlar məhkəmə-tibbi ekspertizaya göndərilib.

Sörfçü Baccanellonun axtarışları davam edir.

NOCOMMENT.AZ