Avstraliyadan Aİ-yə ticarət təhdidi: İmzalamayacağıq!backend

Avstraliyadan Aİ-yə ticarət təhdidi: İmzalamayacağıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın ticarət naziri Don Farrell Avropa İttifaqını (AB) təhdid edərək, blokun ümumi bazarı Kanberraya açılmasa, ticarət müqaviləsini imzalamayacaqlarını söyləyib.

NOCOMMENT.az xəbər verir ki, “Financial Times”ın məlumatına görə, Farrell Brüsseldə Aİ nümayəndə heyəti ilə görüşdən əvvəl Avropa ilə ticarət sazişindən danışıb.

Ticarət mübahisələrini həll etmək üçün Pekin rəhbərliyinə bir “zeytun budağı” uzatdıqlarını və beləliklə də əlaqələrin yaxşılaşmağa başladığını ifadə edən Farrell, AB-nin Avstraliyanın ticarət tərəfdaşlarından yalnız biri olduğunu və bu müqaviləni açmadığı müddətcə ticarət müqaviləsini imzalamayacaqlarını vurğulayıb.

Farrell, “Avstraliyalı fermerləri digər təchizatçılarla rəqabətə salmamaq” tələbləri nəzərə alınarsa, Aİ ilə müqavilə imzalaya biləcəklərini bildirib.

NOCOMMENT.AZ