Avstraliyalıların əksəriyyəti Ukraynaya kömək etmək istəmirbackend

Avstraliyalıların əksəriyyəti Ukraynaya kömək etmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada sorğuda iştirak edənlərin yarıdan çoxu ölkələrinin Ukraynaya dəstəyini azaltmaq və diqqətini daxili problemlərə yönəltmək istəyir.

NOCOMMENT.az xəbər verir ki, Bunu ABC televiziya kanalı və YouGov araşdırma xidməti tərəfindən Q+A formatında keçirdiyi sorğunun nəticələri sübut edir.

Daxili məsələlərə diqqəti yönəltmək üçün dəstəyin dayandırılması ilə bağlı suala iştirakçıların 51%-i müsbət cavab verib, 49%-i isə Ukraynaya yardımın davam etdirilməsinin tərəfdarı olub.

Qeyd edək ki, mayın 24-30-da onlayn keçirilən sorğuda 1510 respondent iştirak edib.

Avstraliya artıq Kiyevə ümumi yardım üçün bir milyard dollardan çox, o cümlədən 880 milyon dollar hərbi dəstək ayırıb.