Avstriya kansleri Ukrayna üzrə sülh danışıqları üçün platforma təklif edibbackend

Avstriya kansleri Ukrayna üzrə sülh danışıqları üçün platforma təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya kansleri Karl Nehammer ölkəsinin Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsində yazıb.

“Biz Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə sülh danışıqlarına hazır olması barədə bəyanatlarını nəzərə almışıq”, – deyə Nehammer bildirib.

O, həmçinin əlavə edib ki, Avstriya ATƏT-ə ev sahibliyi edən ölkə kimi beynəlxalq hüquqa əsaslanan ədalətli və davamlı sülhü dəstəkləməyə və bu cür danışıqlar üçün öz xidmətlərini təklif etməyə hazırdır.