Avstriya: Ölkə prezidenti karantin qaydasını pozdu – FOTObackend

Avstriya: Ölkə prezidenti karantin qaydasını pozdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyana polisi Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Belleni və onun xanımı Doris Şmidaueri gecə saatlarında koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqadar məhdudiyyətlərə görə bağlanmalı olan restoranın yay eyvanında tapıb.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polisin hesabatına istinadən “Kronen Zeitung” nəşri bildirib. Nəşrin məlumatına görə, polis patrulu yerli vaxtla saat 00:20-də “Sole” restoranının eyvanında içki masası ətrafında əyləşmiş qonaqları görüb. Hərçənd hökumətin qərarına əsasən restoran saat yarım əvvəl bağlanmalı və sifarişləri qəbul etməməli idi. Məlum olub ki, qonaqlar Avstriya prezidenti və onun xanımıdır.

“Mən “lokdaun” (ciddi ümumi təcridetmə rejimi) başlayandan ilk dəfə iki dostum və xanımımla yemək yeməyə getdim. Başımız söhbətə qarışdı və vaxtı unutduq. Çox təəssüf edirəm. Bu səhv idi”, – deyə Avstriya Prezidenti nəşrə etiraf edib.

“Əgər restorator (restoranın sahibi-red) həmin hadisəyə görə zərərə məruz qalsa, onda buna görə mən məsuliyyət daşıyacam”, – deyə Aleksander Van der Bellen özünün “Twitter” hesabında yazıb.

Restoranın direktoru Aki Nuredini də hadisəni təsdiqləyib.

Report