Avstriya: Putin ölkəyə gəlsə, həbs olunacaqbackend

Avstriya: Putin ölkəyə gəlsə, həbs olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə həbs olunacağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Avstriya Konstitusiyası və Avropa İttifaqı (Aİ) naziri Karolin Edtstadler dünən Almaniyanın Tagesspiegel qəzetinə bildirdiyi “Putin Avstriyaya addım atacağı təqdirdə həbs olunacaq” ifadələrindən sonra Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda Rusiya prezidenti Putinin Avstriyaya səfər edəcəyi təqdirdə həbs olunacağı təsdiqlənib.

“Heç kim qanundan üstün deyil. Bütün cinayətlər boşluq qoymadan işıqlandırılmalıdır, cəzasız qala bilməz” deyə açıqlamada bildirilib.

NOCOMMENT.AZ