Avstriya Şengen zonasının genişləndirilməsi ilə bağlı vetosunu ləğv edib ki, bu da Bolqarıstan və Rumıniyanın Şengen sazişinə tam qoşulmasına imkan verəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Avstriyanın daxili işlər naziri Gerhard Karner bildirib.
“Biz mane olmayacağıq. “Şengen torpağı” indi Rumıniya və Bolqarıstan üçün də açıqdır”, – nazir vurğulayıb.