Avstriyada sərnişinlərə səsgücləndirici vasitəsilə Hitlerin çıxışını dinlədilibbackend

Avstriyada sərnişinlərə səsgücləndirici vasitəsilə Hitlerin çıxışını dinlədilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriyada qatarın səsgücləndiricilərindən Hitlerin nitqini dinlədən iki şəxs barəsində qanuni tədbir görülüb.

NOCOMMENT.az xəbər verir ki, Avstriya Dəmir Yolları tərəfindən edilən açıqlamada Bregenz şəhərindən paytaxt Vyanaya gedən qatarın səs sistemlərinin olduğu bölmənin açarlarını ələ keçirən iki nəfərin sərnişinlərə Hitlerin çıxışının səs yazılarını dinləməyə məcbur etdiyi bildirilib.

Qatarda olan şəxslər təhlükəsizlik kamerası vasitəsilə müəyyən edilib və nasist təbliğatı apardıqları səbəbilə barələrində qanuni əməliyyat başlanıb.

Bənzər hadisələrin daha əvvəl də eyni marşrutda baş verdiyi xatırladılan açıqlamada, sözügedən şəxslərin qatarın səs sisteminin yerləşdiyi kupeni açan açarı necə əldə etdiklərinin hələlik müəyyən edilmədiyi bildirilib.

NOCOMMENT.AZ