Tailandın cənubundakı Tranq vilayətində avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb.
NOCOMMENT.az istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Avtobus Phuket – Betonq marşrutu üzrə hərəkət edirdi. Nəqliyyat vasitəsində ümumilikdə 52 nəfər olub, 10-dan çox sərnişin ağır xəsarətlər alıb.
Ehtimala görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Polis fakt üzrə araşdırmalara başlayıb.\\Oxu.az













