Türkiyədə avtobus sürücülərinin yaş həddi endirildi.
NOCOMMENT Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə avtobus sürücülərinin yaş həddi 26-dan 24-ə endirilib.
Bu addım sürücü boşluğunu aradan qaldırmaq və gənclərin məşğulluğuna töhfə vermək məqsədi ilə atılıb. Əsasnamə Rəsmi Qəzetdə dərc olunduqdan sonra qüvvəyə minib.