Avtobus zolaqlarının uzunluğu 160 km-ə çatdırılacaqbackend

Avtobus zolaqlarının uzunluğu 160 km-ə çatdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılması planlaşdırılır. Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2 800-ə çatdırılması da nəzərdə tutulur.

2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq. Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub.\\Unikal