Avtobusda qaz balonu yandıran sürücü saxlanıldıbackend

Avtobusda qaz balonu yandıran sürücü saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Dövlət Yol Polisi İdarəsi Cəlilabadda mikroavtobus sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsində məişət üçün nəzərdə tutulan qaz balonundan salonu isitmək məqsədilə istifadə etməsinə münasibət bildirib.

Qurumun Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, video ilə bağlı tədbirlər həyata keçirilib və Cəlilabad şəhərində müntəzəm marşrut xətti üzrə sərnişindaşma fəaliyyəti göstərən “Mercedes” markalı, 10-OG-584 dövlət nömrə nişanlı mikroavtobusun sürücüsü Yaşar Bağırov saxlanılıb: “Nəqliyyat vasitəsi DYP-nin mühafizə olunan duracağına yerləşdirilib, sürücü Y.Bağırov barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün araşdırma başlanılıb.

Baş DYP İdarəsi belə halların yolverilməz olduğunu xatırlatmaqla yanaşı, bir daha sərnişin daşma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara sərnişinlərin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı, fəaliyyətlərini qanunla nəzərdə tutulmuş tələblər səviyyəsində həyata keçirməyi tövsiyə edir”.