Avtobusla yük maşını toqquşub: Xəsarət alan var – FOTOLARbackend

Avtobusla yük maşını toqquşub: Xəsarət alan var – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 20-də Bakının Binəqədi rayonunun DSK yolu adlanan ərazisində “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə NOCOMMENT-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

“Daşıyıcının verdiyi məlumata görə, yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da, qəza dayanma işıqlarını qoşmayıb. Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb, lakin yol sürüşkən olduğundan qarşıdakı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb”, – deyə məlumatda qeyd edilib.