Avtobusun altına düşərək faciəvi şəkildə ÖLDÜbackend

Avtobusun altına düşərək faciəvi şəkildə ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.