Avtobusun vurduğu qadın xəstəxanada öldübackend

Avtobusun vurduğu qadın xəstəxanada öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevirdə yolda təmizlik işləri ilə məşğul olduğu zaman avtobus tərəfindən vurulan qadın dünyasını dəyişib.

NOCOMMENT.az unikal-a istinadla xəbər verir ki, hadisə iki gün öncə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş vermişdi.

Oğuz-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusu Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vuraraq müxtəlif bədən xəsarətləri yetirmişdi. Qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.