Avtomat silahı satmaq istəyən şəxs tutuldubackend

Avtomat silahı satmaq istəyən şəxs tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.

NOCOMMENT xəbər verir ki, idarəyə Füzuli rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Əbülfəz Suanverdiyevdə silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs odlu silahı 6000 manata satmaq istəyən zaman İdarənin Ələt qəsəbəsində yerləşən inzibati ərazisində şübhəli şəxs kimi saxlanılıb.

Onun əlindəki çantaya baxış zamanı 1 ədəd atəşə yararlı “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd daraq və 60 ədəd parton aşkar olunaraq götürülüb.

Əbülfəz Suanverdiyev odlu silahı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Əbülfəz Suanverdiyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.