Lənkəranda avtomobil piyadanı vurub.
NOCOMMENT.az-ın cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.
Hərəkətdə olan nəqliyyat vasitəsi piyada olan Lənkəran şəhər sakini 1972-ci il təvəllüdlü Rəşad Valqaddin oğlu Qədirovu vurub. R.Qədirov əraziyə çağrılan təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona başın gicgah nahiyəsinin əzilmiş didilmiş yarası diaqnozu təyin ediblər. Yaralının müalicəsi xəstəxanada davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.













