Avtomobil dayanacağı çökdü: 1 ölü, 5 yaralıbackend

Avtomobil dayanacağı çökdü: 1 ölü, 5 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Manhetten bölgəsində yerli vaxtla saat 16:00 radələrində avtomobil dayanacağının uçması nəticəsində 1 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu öyrənilib.

NOCOMMENT xəbər verir ki, 4 mərtəbəli binanın ilk çökməsi ikinci mərtəbədə baş verib. Nyu York Şəhər Yanğından Mühafizə İdarəsinin rəsmisi bildirib ki, ekipajlar binanın içərisində axtarış apararkən çökmə hələ də davam edib.

Nyu York Yanğınsöndürmə İdarəsinin verdiyi ilk açıqlamada Ann küçəsi 57 ünvanındakı çoxmərtəbəli avtomobil parkının naməlum səbəbdən çökdüyü açıqlanıb.

Yerli vaxtla saat 16:00-da baş verən çökmənin ardından çox sayda insanın içəridə sıxıldığı, ətrafdakı binaların boşaldıldığı və çoxlu sayda yanğınsöndürmə maşınının əraziyə yönəldildiyi öyrənilib.