Avtomobil dərəyə aşdı: Ölən və yaralananlar varbackend

Avtomobil dərəyə aşdı: Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yardımlı rayonunda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, yanvarın 16-da saat 13 radələrində rayonun Şıxlar kəndi ərazisində Keçələkəran kənd sakini R.Qənbərov idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən İlqar Əsədov hadisə yerində ölüb, sürücü və 2 sərnişin xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Yardımlı Rayon Polis Şöbəsində araşdırma aparılır.