Sosial medianı dolduran müxtəlif xəbər, reklam, elan saytları bu gün növbəti bir “bomba” partladıblar.
Beləki, Azərbaycana məxsus elan saytlarından birində avtomobil alıcılarına 4 444 444 ABŞ dollarına – təqribən 7 555 554 manata inomarka avtomobil təklif edilir.
NOCOMMENT.az xəbər verir ki, avtomobilin sifarişlə gətiriləcəyini bildirən sayt, onun 2023-cü il istehsallı olduğunu və mühərrikinin həcminin 8 litr olduğunu elan edib.
Həmin an ağlımıza gələn ilk sual bu oldu: Görəsən, belə bahalı maşını kim ala bilər? Sualın cavabını da tapdıq.
Azərbaycanda bahalı avtomobil kolleksiyaları olan məmur-oliqarx balaları:
Baş nazirin eks müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin eks sədri Əli Həsənovun ı nəvəsi Nail Allahverdiyevə, sabiq deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova , “Şərurlu İsfəndiyar”ın oğlu Allahverdi Axundova, xəbər etmək lazımdır ki, kolleksiyalarını zənginləşdirsinlər.
Əntiqə Rəşid














