NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Los-Anceles avtosalonunda dünya debütü gözlənilən yeni Subaru Forester-in şəkilləri yayılıb. Bu barədə Autohome məlumat yayıb.
Krossoverin radiator barmaqlığı və faraları vizual olaraq birləşdirilib, nəticədə avtomobilin kuzovun dizaynı daha ciddiləşib. Avtomobil istehsalçısı hələlik avtomobilin texniki xüsusiyyətlərini açıqlamayıb.
Gözlənilir ki, Forester indiki nəsil avtomobili gücləndirən 2,5 mühərriki saxlayacaq. Bu güc bloku 169 at gücünə malikdir.