Avtomobil səkkiz yaşlı uşağı vuraraq komaya saldıbackend

Avtomobil səkkiz yaşlı uşağı vuraraq komaya saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabadda avtomobil 8 yaşlı uşağı vuraraq komaya salıb.

NOCOMMENT.az-ın report-a istinadən məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayondan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili Masallı rayon sakini, 2014-cü il təvəllüdlü İ.Abdullayevi vurub.

Yaralı uşaq ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, kəllə əsasının sınığı, çanaq tamlığının pozulması ilə olan çoxsaylı sınıqlar diaqnozu qoyulub.

Hazırda İ.Abdullayev travmatik şokun 3-cü dərəcəsindədir.

Faktla bağlı araşdırma aparılır.