Avtomobil su kanalına düşüb: Ölən varbackend

Avtomobil su kanalına düşüb: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə avtomobil su kanalına aşıb, bir nəfər ölüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarə etməni itirib və avtomobil yoldan çıxaraq yaxınlıqdakı su kanalına düşüb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.