Avtomobilin arxa şüşələrinə müxtəlif yazılar yazdıran sürücülərin DİQQƏTİNƏ! – VİDEObackend

Avtomobilin arxa şüşələrinə müxtəlif yazılar yazdıran sürücülərin DİQQƏTİNƏ! – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xoşbəxtlik sürən varsa, versin bir dövr də mən sürüm… Heç kimə güvənmə…

Evin balaca qızıdır, onu da mən alacam…

Bəzi sürücülər avtomobilin şüşələrinə bu tipdə yazılar yazdırır, müxtəlif stikerlər yapışdırırlar. Kimisi nəyisə reklam edir, kimisi diqqət çəkmək istəyir. Bəzən isə hansısa sürücünün fikrini cəlb edən bu yazılar qəzalara səbəb olur.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, nəqliyyat ekspertləri isə bildirirlər ki, yol hərəkəti haqqında qanuna əsasən bu tip yazıların yapışdırlmasında məhdudiyyət yoxdur.

Məsələ ilə bağlı Baş dövlət yol polis idarəsinə də müraciət etdik. İdarədən “Xəzər Xəbər”ə bildirildi ki, əgər üzərinə yazı yazılan nəqliyyat vasitəsi digər sürücülərin fikrini yayındırırarsa, bu zaman müvafiq tədbirlər görülə bilər.

Həmçinin bildirilib ki, həmin yazılar sürücünün görünüşünü məhdudlaşdırarsa, bu, qayda pozuntusu kimi qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.