Avtomobilin əyləc sisteminə ilişən pişiyin ayağı qopubbackend

Avtomobilin əyləc sisteminə ilişən pişiyin ayağı qopub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Bolu şəhərində avtomobilin əyləc balatası sistemi ilə təkəri arasında sıxışan pişik balası yanğınsöndürənlər tərəfindən xilas edilib. Sol arxa ayağı kəsilən pişiyə tibbi yardım göstərilib.

NOCOMMENT xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Sümer Mahallesi Cümhuriyyət prospektində baş verib. Sürücü avtomobilindən pişiyin səsinin gəldiyini eşidib avtomobilini saxlayıb və yanğınsöndürənlərə məlumat verib.

Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları pişiyin avtomobilin əyləc balatası sistemi ilə təkəri arasında sıxışıb qaldığını görüb. Görülən işlərlə pişik ilişib qaldığı yerdən xilas edilib. Sol arxa ayağı kəsilən pişik müalicə üçün Bolu Bələdiyyəsi Heyvan Xəstəxanasına aparılıb. Pişiyin həyatının təhlükədə olduğu öyrənilib.