Avtomobilində tapança və əl qumbarası gəzdirən şəxs SAXLANILDI – FOTOLARbackend

Avtomobilində tapança və əl qumbarası gəzdirən şəxs SAXLANILDIFOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinidən NOCOMMENT.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan qəsəbəsində idarə etdiyi avtomobildə silah-sursat saxlayan şəxs saxlanılıb.

Əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı qəsəbə sakini Fuad Lazımov idarə etdiyi “Saipa” markalı nəqliyyat vasitəsi ilə birlikdə tutulub.

Onun avtomobilinə baxış zamanı 1 ədəd tapança və 1 ədəd alışqanı ilə birlikdə “F1” qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.