Avtomobillərin qiyməti niyə düşmür?backend

Avtomobillərin qiyməti niyə düşmür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 20-30 il öncə istehsal edilmiş ikinci əl avtomobillərin qiyməti düşmür, əksinə artım müşahidə olunur. Avtomobil satıcıları isə bildirirlər ki, qış mövsümünün gəlişi ilə əlaqədar insanlarda avtomobillərə olan maraq kəskin artıb.

NOCOMMENT.az xəbər verir ki,  nəqliyyət mütəxəssisi Vasif Məmmədov News24.az-a açıqlamasında bildirib ki, alıcılar əsasən ikinci əl avtomobillərə üz tutduqlarından bir çox satıcılar “fürsətdən” yararlanmağa çalışırlar:

“Misal olaraq, 20-25 il öncə istehsal olunmuş bir çox alman markaları bazarda 11-15 min manat aralığında müştərilərə təklif olunur. Bu da keçmiş SSRİ ölkələrində ən bahalı qiymət payı Azərbaycanın payına düşür. Qonşu Gürcüstanda bu tip avtomobillər Azərbaycana nisbətən 50 faiz ucuzdur.

Ümumiyyətlə, bu cür köhnə avtomobillərin baha qiymətə müştərilərə təklif olunması heç bir məntiqə sığmır. Ən azı 28 il əvvəl istehsal olunmuş bir maşına 14 min manat verib, ondan istənilən keyfiyyəti almaq mümkün deyil. Ən çətin və problemli cəhət budur ki, artıq köhnə avtomobillərin ehtiyyat hissələri rəsmi istehsalçı tərəfindən satışa çıxarılmır. Düzdür, insanların maddi vəziyyətini anlayıram, ancaq ili köhnə avtomobilə 14 min manat verib, sonra ustalara müntəzəm müraciət etmək, ehtiyyat hissələri mağazalarının daimi müştərisi olmaq heç də xoş bir hadisə deyil. Alıcılara tövsiyəm budur ki, ili köhnə olan avtomobil aldıqda yüz dəfə fikirləşsinlər. Bundan başqa, mütəxəssislərdən tövsiyələr almaqda çəkinməsinlər. İndi bəzi işbazlar ikinci əl avtomobilllər üzərində elə kosmetik və sazlama işləri aparırlar ki, adam heyran qalır. Ancaq maşını 2 həftə idarə edəndən sonra problemlər üzə çıxır. Əgər maddi vəziyyət imkan verirsə, müştərilər daha ucuz qiymətə təklif olunan yeni model avtomobillərə üstünlük versinlər”.

Qeyd edək ki, ikinci əl avtomobillərin qiyməti ötən ilə nisbətən 1500-2500 manat aralığında qalxıb.