Avtomobillərini yolun kənarında park edənlərin başına iş gəldi – VİDEObackend

Avtomobillərini yolun kənarında park edənlərin başına iş gəldi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomobillərini yol kənarında park edən sürücülərin başına iş gəlib. Belə ki, tikintisi gedən binadan düşən taxta parçaları maşınlara ciddi zərər vurub.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə paytaxın Nəsimi rayonu ərazisində, “Invest.M Construction” şirkətinə məxsus binanının önündə baş verib. Sürücü deyir ki, avtomobilini burada park edib gedib. Daha sonra gələndə isə maşının əzilmiş şəkildə tapıb.

Sürücü bildirir ki, avtomobilinə 1000 manatdan artıq zərər dəyib.

Eyni cərgədə dayan digər avtomobilə də ciddi ziyan dəyib, bir çox detalı yararsız hala düşüb.

Məsələ ilə bağlı problemdə adı hallanan tikinti şirkəti ilə əlaqəsi saxladıq. Şirkətin hüquq şöbəsinin müdiri Yavər Yavərzadənin sözlərinə görə, tikinti gedən ərazidə divarlara xəbərdaredici yazılar yapışdırılıb. Buna görə də baş verən hadisəyə görə məsuliyyət daşımırlar.

Qeyd edək ki, şikayətçilər məsələ ilə bağlı hüquq mühafizə orqanlarına şikayət etməyi planlaşdırırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.