Avtoş Rasim həbs edildi – VİDEObackend

Avtoş Rasim həbs edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Bakı şəhərində avtoxuliqanlıq hərəkətləri edərək sosial şəbəkələrdə yayan, əvvəllər məhkum olunmuş, “Avtoş Rasim” kimi tanınan Rasim Şükürov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, araşdırmalarla müəyyən olunub ki, o, aprelin 6-da idarə etdiyi “VAZ-2107” avtomobil ilə paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edərkən hərəkətdə olan moped sürücüsü Edik Adıgözəlovu vuraraq hadisə yerindən yayınıb.

R.Şükürovun barəsində toplanan materiallar Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə R.Şükürov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci (avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.