Avtovağzalda böyük məbləğdə oğurluq olubbackend

Avtovağzalda böyük məbləğdə oğurluq olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Beynəlxalq Avtovağzalında içərisində 30 000 dollar çanta oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə noyabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində içərisində 30 000 ABŞ dolları və geyim əşyaları olan çantanın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Azər Vəliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.