AvtoVAZ-dan möhtəşəm yenilikbackend

AvtoVAZ-dan möhtəşəm yenilik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə AvtoVAZ daha güclü mühərrikli Lada Vesta Sport modelini buraxmağı planlaşdırır.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bu barədə “Za Rulem” jurnalının baş redaktoru Maksim Kadakov danışıb.

Kadakovun sözlərinə görə, gələn il Lada Vesta 122 at gücünə malik 1,8 litrlik mühərriklə təchiz edilməyə başlayacaq və Vesta Sport üçün bu mühərrik 145 at gücünə qədər artırılacaq.

Bundan əlavə, AvtoVAZ Vesta Sport-da daha yüksək gücə malik mühərrik quraşdırmağı planlaşdırır. Avtomobil eksperti əavə olaraq qeyd edib ki, Çin istehsalçılarından 180-190 at gücünə malik idxal edilmiş mühərriklər ala bilər.

Noyabrda isə Lada dilerləri 118 at gücü hasil edən 1,6 litrlik benzin mühərriki ilə təchiz edilmiş Vesta Sportline modelinin satışına başlayacaqlar