AXCP-dən olan deputat Razi Nurullayev AXCP adından imtina edir – AÇIQLAMAbackend

AXCP-dən olan deputat Razi Nurullayev AXCP adından imtina edirAÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz qurultaya gedirik. 2015-ci il 17 oktyabrda AXCP-nin etimad qurultayı keçirildi və mən sədr seçildim. Əli Kərimlinin başçılığı altında da qurultay keçirildi və o da AXCP sədri seçildi. Azərbaycanda iki AXCP oldu və bu günə qədər də davam etməkdədir. Nə baş verir versin, ən çox bizim əziz cəbhəçilərimiz və hərəkatçılarımız bundan zərər görür”.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, nizamnaməyə görə qurultay keçirilməlidir və məlum pandemiya səbəblərindən bunu etmək mümkün olmayıb, gecikiblər:

“Onlayn (internet üzərindən) qurultay keçirmək qərarına gəldik və artıq vaxt təyin etmişik. Bildiyiniz kimi, bu zaman müddətində ağrılı günlər keçirmişik, məşəqqətlər yaşamışıq. Hamı elə bilirdi ki, iqtidar məni AXCP kimi tanıyacaq, bu planlaşdırımış məsələdir və sair. O qədər fikirlər deyildi ki. Nəticədə isə elə iqtidar nümayəndələri də Əli Kərimliyə AXCP sədri deməkdə davam etdilər. Bir dəfə də olsun AXCP-nin Əli KərimliRazi Nurullayev qanadı da demədilər. Nə etmək olar, qismətdən artıq yemək olmaz, taleyi də, alın yazısını da dəyişmək olmur.

Təbii ki, uğursuz da olmamışıq. Biz 2018-ci il Prezident seçkisində iştirak etdik, 2020-ci ilin növbədənkənar Parlament seçkilərində müstəqil olaraq, amma partiyanın gücü ilə iştirak etdik və mandata sahib olduq. Bütün bunlar artıq bizim keçmişimiz və tariximizdir. Biz yeni format, yeni istək və yeni yanaşma ilə təşkilatlanmaq və güclü partiyaya çevrilmək qərarı vermişik. Bu məsələlər partiya qurultayının müzakirəsinə çıxarılacaq və müvafiq qərarlar veriləcək”.