AXCP üzvünə hökm oxunubbackend

AXCP üzvünə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyadan Bakıya deportasiya olunandan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Pünhan Kərimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü 6 il həbsə məhkum edilib.

Ötən ilin noyabrında Almaniyadan deportasiya edilən Pünhan Kərimli yanvarın 25-də Bakıda saxlanılıb. Onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Pünhan Kərimli isə özünü təqsirli bilməyib və ittihamın uydurma olduğunu deyib.