Axios: ABŞ Konqresi prezident seçkilərindən sonra siyasi zorakılıqdan qorxurbackend

Axios: ABŞ Konqresi prezident seçkilərindən sonra siyasi zorakılıqdan qorxur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresindəki hər iki siyasi partiyanın nümayəndələri noyabrın 5-nə təyin edilmiş prezident seçkilərindən sonra ölkədə siyasi zorakılığın artması ehtimalı ilə bağlı təşviş ifadə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” portalı qanunvericilərə istinadən məlumat yayıb.

Portalın söhbət etdiyi demokratların sözlərinə görə, respublikaçı namizəd Donald Tramp böyük ehtimalla məğlub olacağı təqdirdə seçkinin nəticələrinə etiraz etməyə çalışacaq. Onlar hesab edirlər ki, bu, ölkə daxilində geniş iğtişaşlara və ya hətta 2021-ci ilin yanvarında Tramp tərəfdarları tərəfindən Kapitoliyə hücuma bənzər hadisələrin təkrarlanmasına səbəb ola bilər. Bununla bağlı Demokrat Partiyası artıq ehtiyat tədbirləri görüb və seçkilərdən sonrakı gecə üçün planlaşdırılan tədbirləri mühafizə etmək üçün bir qrup polis cəlb edib.

“Biz mütləq yüksək riskli bir mühitdəyik. Heç bir şübhə yoxdur ki, biz ayıq olmalı və ehtiyat tədbirləri görməliyik”, – demokrat Ceyson Krou bildirib.

Partiya üzvü Delia Ramirez deyib ki, Tramp qalib gəlsə, tərəfdarları “gücləndirəcək” və uduzduğu təqdirdə “dörd il əvvəlkindən daha pis davranacaqlar”.