Romada İran və ABŞ arasında Tehranın nüvə proqramına dair danışıqların beşinci raundu başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios-un jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat verib.
“ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların beşinci raundu üç saata başa çatıb”, – o, X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşdə nüvə proqramı ilə bağlı ABŞ-la razılığın əldə olunmasını mümkün hesab etdiyini bildirib.