Ercan-İstanbul arasında uçan təyyarənin sərnişini Ercanda törədilən hadisəyə görə axtarıldığı üçün təyyarə havaya qalxdıqdan bir müddət sonra Ercan hava limanına qayıdıb.
NOCOMMENT.az xəbər verir ki, axtarışda olan sərnişin polis tərəfindən təyyarədən endirilərək nəzarətə götürülüb.
Hadisədən sonra THY-nin pilotu sərnişinləri məlumatlandırmaq üçün açıqlama verərək, təyyarədə texniki nasazlıq olduğunu və Ercan hava limanına qayıdacaqlarını və enişdən sonra təhlükəsizlik yoxlaması aparılacağını bildirib.