Axtarış-xilasetmə iti dünyasını dəyişibbackend

Axtarış-xilasetmə iti dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Kolumbiya tərəfindən Türkiyəyə göndərilən və axtarış-xilasetmə dəstəsində xidmət edən “Aaron” adlı it həyatını itirib.

NOCOMMENT xəbər verir ki, Kolumbiya Qırmızı Xaçının Twitter səhifəsində paylaşdığı paylaşımda dördayaqlı qəhrəmanlarından birinə böyük kədər hissini ifadə edərək, “Hər zaman köməyə ehtiyacı olanların yanında könüllü olmusunuz. Bir çox işlərdə bizə yoldaşlıq etdiniz. Rahat yat, hər zaman xatırlanacaqsan!” deyə qeyd edib.

Türkiyənin Boqota səfiri Beste Pehlivan Sun 14 fevralda “Aaron”la çəkdirdiyi fotosunu sosial media hesabında paylaşaraq “Harun türk xalqının cəsarətinə görə heç vaxt unutmayacağı bir qəhrəmandır!” ifadəsini işlətdi.

Kolumbiya zəlzələ qurbanlarına dəstək üçün fevralın 14-də Türkiyəyə 20 mütəxəssisdən ibarət bir qrup göndərib. 20 mütəxəssisdən ibarət komandanı Aaron da daxil olmaqla 8 xüsusi təlim keçmiş it müşayiət edirdi.