Axtarışa verilən sabiq icra başçısı həbs edilib?backend

Axtarışa verilən sabiq icra başçısı həbs edilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan mətbuatında “axtarışa verilən sabiq icra başçısı həbs olundu” başlığı ilə xəbərlər yayılıb.

Bildirilir ki, Azərbaycan CM-nin 120 (Qəsdən adam öldürmə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunan və İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş Elxan Nuriyev Polşada həbs olunub. Bununla əlaqədar olaraq dostlarda yaranmış narahatlığı nəzərə alaraq bildirmək istəyirəm ki, saxta ittihamlarla saxlanılan Ukrayna vətəndaşı, Ali Radanın Hüquq Komitəsinin əməkdaşı, Ukrayna Zabitlər Birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Elxan Nuriyev həbs olunmayıb, barəsində araşdırma aparılandan sonra tezliklə sərbəst buraxılacağı gözlənilir.

Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu feysbuk hesabında yazıb. “Rusiyanın Ukraynaya təcavüzünü tənqid və ifşa edən, vətənpərvərliyi ilə Ukraynasevərlərin hörmətini qazanan Elxan Nuriyev müharibə başlayandan ilk dəfədir ki, Avropaya işgüzar səfərə çıxıb. Kremlin Bakıdakı əlaltıları istəyinə nail ola bilməyəcəklər.

Əlavə məlumat əldə edən kimi sizə çatdıracagıq”, – deyə o qeyd edib.