Axtarışda olan 58 nəfər tutuldu – KRİMİNAL XRONİKAbackend

Axtarışda olan 58 nəfər tutuldu – KRİMİNAL XRONİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 20-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 8-inin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 58, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.