Axtarışda olan şəxs hava limanında saxlanılıbbackend

Axtarışda olan şəxs hava limanında saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polis əməkdaşları axtarışda olan şəxsi hava limanında saxlayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə report-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Bakıda Beynəlxalq Hava Limanı ərazisində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi saxlayıblar.

O, araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.