Axtarışda olan şəxsdən polisə şok təklif!backend

Axtarışda olan şəxsdən polisə şok təklif!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,İngiltərə polisi tərəfindən axtarışa verilən şübhəli şəxs harada olduğu barədə məlumat almaq üçün polisdən pul istəyib.Bu barədə Daily Mail məlumat yayıb.

Luke Makinerni, törətdikdən sonra qaçdığı hücumla əlaqədar daxili işlər orqanlarının diqqətini çəkib. Hadisədən az sonra yerli polis rəsmi Facebook səhifəsində onun axtarışı ilə bağlı mesaj yayıb.

Daha sonra cinayətkar olduğu iddia edilən şəxs  şərhlərə daxil olub və onun altında öz biznes təklifini qoyub. O, bildirib ki, ona mükafat təklif edilsə, hazırda harada olduğunu söyləyəcək.
Makinerni internetdə kimliyini təsdiqləmək üçün üzərində “Luke” sözü yazılmış boz sviter və qara beysbol papağı geyinərək çəkilmiş videosunu yayımlayıb.

“Mən buradayam. Baxın, hətta papaqda mənim adım yazılıb. Mümkünsə, məni tut” deyə polisə bildirib.

Həmin şəxsin axtarışları davam edir.