Axtarışda olanlar Rusiyada tutularaq Azərbaycana ekstradisiya ediliblərbackend

Axtarışda olanlar Rusiyada tutularaq Azərbaycana ekstradisiya ediliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axtarışda olan 3 nəfər Rusiyada tutularaq Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, Azərbaycan vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.

Hər 3 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan edilib.

Noyabrın 30-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiyadan Azərbaycana gətiriliblər.