NASA tərəfindən Ayda tərk edilmiş kosmik gəmi “ay zəlzələlərinə” səbəb ola bilər
NOCOMMENT xəbər verir ki, araşdırmalara görə, NASA-nın Ay səthində qalan Apollon 17 kosmik gəmisi “ay zəlzələləri” kimi tanınan kiçik təkanlara səbəb ola bilər.
Alimlər onilliklər ərzində ilk dəfə olaraq Ayda tərk edilmiş Apollon 17-nin məlumatlarını yenidən araşdırıblar.
ABŞ Aeronavtika və Kosmik Agentliyin (NASA) Goddard Kosmik Uçuş Mərkəzindən Françesko Civilinin rəhbərlik etdiyi tədqiqatda süni intellektdən istifadə edilib.
Müasir alqoritmlərlə araşdırılan məlumatların təhlilində ilk dəfə olaraq Ayda əvvəllər məlum olmayan seysmik fəaliyyətlər aşkar edilib.