Ayaq barmaqları kəsilən vətəndaşın müavinəti niyə dayandırılıb? – VİDEObackend

Ayaq barmaqları kəsilən vətəndaşın müavinəti niyə dayandırılıb? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2-ci qrup əlilliyi olan şəxsin müavinəti 4 ildir kəsilib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Mingəçevir sakini Tural Zamanov 2009-cu ildə hərbi xidmətdə olan zaman onu şaxta vurub və ayağından zədə alıb. Nəticədə də onun bütün ayaq barmaqları amputasiya olunub. Tural Zamanova 2010-cu ildən ikinci qrup əllik təyin edilib və o, 2021-ci ilə qədər müavinət alıb.

2015-ci ildə Tural Zamanova dövlət tərəfindən avtomobil də verilib. 2021-ci ilin iyun ayında isə ona verilən 480 manat müavinət dayandırılıb. Səbəb kimi isə diaqnozunun əllilik təyinatına imkan verməməsi göstərilib. Mingəçevir sakini dəfələrlə aidiyyəti quruma müraciət etsə də, heç bir nəticəsi olmayıb.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, vətəndaş yenidən qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir.

İndi Tural Zamanov deyilən sənədləri aidiyyəti üzrə təqdim etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.