Ayaqyolu problemini gündəmə gətirən müəllimə töhmət verilib?backend

Ayaqyolu problemini gündəmə gətirən müəllimə töhmət verilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mil-Muğan Regional Təhsil İdarəsi İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızının töhmət alması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vilayət Əliyev oxu-nun sorğusuna cavab olaraq bildirib ki, müəllimin yayılan görüntülərə görə töhmət alması xəbəri həqiqəti əks etdirmir: “2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlməyib. O, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət alıb”.

Qeyd edək ki, sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Daha sonra deputat Fazil Mustafa da müəllimin yaydığı videoya görə töhmət aldığı barədə paylaşım edib.